Toyda dəhşətli partlayış: 63 ölü - (YENİLƏNİB)

Əfqanıstanın paytaxtı Kabıldə keçirilən toy mərasimində partlayış nəticəsində ölənlərin sayı 63-ə, yaralıların sayı 182 nəfərə çatıb. Bu barədə “Reuters” agentliyi Əfqanıstanın Daxili İşlər Nazirliyinə istinadla məlumat yayıb.

Metbuat.az TASS-a istinadən xəbər verir ki, şahidlər faciənin baş verdiyi yerdə onlarca insan cəsədinin olduğunu söyləyiblər. “Reuters” agentliyinin məlumatına görə, “Taliban” hərəkatı bu hadisədə əli olmadığını bildirib.

Xatırladaq ki, daha əvvəl “TOLOnews” agentliyi 40 nəfərin öldüyü və 100 nəfərin yaralandığı barədə məlumat yayıb.

***

Əfqanıstanın paytaxtı Kabildə keçirilən toy mərasimində dəhşətli partlayış baş verib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 40-dan çox insan ölüb, azı 100 nəfər yaralanıb. Əraziyə xeyli sayda xilasedici və təcili yardım briqadaları cəlb olunub. İlkin məlumata əsasən, partlayışı terrorçu-kamikadze törədib. Terror aktına görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR