x
Loading...

Ən çox qazanan azərbaycanlılar

Ən çox qazanan azərbaycanlılar
13:16 12 May 2015
114 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda muzdla işləyənlərin 1,7 faizi informasiya və rabitə sahəsində fəaliyyət göstərir.

ANS PRESS-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

DSK-nın açıqladığı statistik göstəricilərə görə, 2015-ci il aprelin 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1507,0 min nəfər olub, onlardan 879,2 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 627,8 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.

Onların da 12,4 faizi sənayedə, 8,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, elmi və texniki fəaliyyət sahəsində və 17,7 faizi iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2015-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 449,5 manat təşkil edib. İqtisadiyyatın informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=343952

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR