"Şuşa" və "Zirə"nin üzvü cəzalandı

"Şuşa" və "Zirə"nin üzvü cəzalandı
14:32 12 May 2015
46 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, aparılan müzakirələrdən sonra I divizionun 27-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.


“Turan Tovuz” – “Zirə” matçında “Zirə”nin 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.


“Neftçala” – “Şuşa Qarabağ” matçında “Şuşa Qarabağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 83-cü dəqiqəsində “Şuşa Qarabağ”ın futbolçusu Qafar Əliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.


"Kəpəz” – “Bakılı” matçının 75-ci dəqiqəsində “Bakılı”nın futbolçusu Nihad Əmirli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotuaquot-v-quotzirquotnin-uzvu-czaland-t40704.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR