DAK-da yeni təyinatlar olub

14:32 12 May 2015
27 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 12 May 2015 14:31 ]


Bakı. Etibar Məmmədov – APA. Dünya Azərbaycanlıları Konqresi (DAK) həmsədrləri Sabir Rüstəmxanlı və Firudin Pərvizniya yeni təyinatlar imzalayıblar.

 

DAK-dan APA-ya verilən məlumata görə, DAK həmsədrləri konqresin Nizamnaməsinə və İdarə Heyətinin 19 aprel 2015-ci il tarixli iclasının qərarına əsasən, həmsədrlərin birinci müavini professor Abuzər Bağırov, AMEA-nın elmi işçisi Yasəmən Qaraqoyunlu DAK-ın Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, Siyavuş Mustafayev Qarabağ məsələsi, Xəzər Emin isə Mədəniyyət məsələləri üzrə müşavir təyin ediliblər. 


İsmayıl Ağayev Azərbaycan nümayəndəliyinin başçısı, Eldar Qaradağlı Avropa üzrə təmsilçi, professor Əkrəm Fevzi Tərzi oğlu İraq, Orhan Çiftçi Avstriya, Əhməd Qeybi Avstraliya, Fərzalı Şərifov Tacikistan, Nail Əhməd Polşa, Sərraf Kərimov Tatarıstan, Esmira Madatova ABŞ, Esmira Əsədova Kanada, Tursunay Türksoy Doğu Türküstan (Çin), Mətin Çapan Türkiyə, Leyli Rəşidli Fransa, Səməndər Mehdiyev isə Qərbi Azərbaycan (indiki Ermənistan) nümayəndəliyinin başçısı təyin ediliblər. 
 

DAK-ın tərkibində Dərbənd, Borçalı, Güney Azərbaycan, Qarabağ və Qərbi Azərbaycan departamentləri yaradılıb. Yaxın günlərdə digər ölkələr üzrə nümayəndələr də təyin olunacaq.

 
DAK-ın Şəhruz Cəngcu (Güney Azərbaycan) Nəzarət Təftiş Komissiyasının sədri seçilib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/383176

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR