x
Loading...

"İnter"in məşqçisi klubunu ziyana saldı

"İnter"in məşqçisi klubunu ziyana saldı
13:32 12 May 2015
56 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Milli.Az goal.az-a istinadən bildirir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:

Topaz Premyer Liqasının XXXIII turunun "Sumqayıt” – "Qəbələ” matçının 83-cü dəqiqəsində "Qəbələ” klubunun 16 №-li futbolçusu Ruslan Tağızadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur(maddə 48).

Topaz Premyer Liqasının XXXIII turunun "İnter” – "Neftçi” matçının 65-ci dəqiqəsində "İnter” klubunun 25 №-li futbolçusu Səlahət Ağayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur(maddə 48).

Oyunun 90-ci dəqiqəsində "Neftçi” klubunun 19 №-li futbolçusu Mirhüseyn Seyidov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 37.1).

Topaz Premyer Liqasının XXXIII turunun "Xəzər Lənkəran” – "Qarabağ” matçında "Xəzər Lənkəran” klubunun baş məşqçisi Yunis Hüseynov oyundan sonra mətbuat konfransında iştirak etmədiyinə görə klub 1000 manat cərimə olunur (maddə 82.2).

Topaz Premyer Liqasının XXXIII turunun "Bakı” – AZAL matçının 73-cü dəqiqəsində "Bakı” klubunun 6 №-li futbolçusu Vüqar Bəybalayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur(maddə 48).

Oyunun 90+2-ci dəqiqəsində "Bakı” klubunun 45 №-li futbolçusu Mahir Mədətov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 2000 manat cərimə olunur(maddə 37.1).

Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXXIII turunun "İnter” – "Neftçi” matçının 65-ci dəqiqəsində "İnter” klubunun baş məşqçisi Rüstəm Əliyev hakimlər briqadasın təhqir etdiyinə görə texniki zonadan uzaqlaşdırıldığı üçün 5 oyun cəzalanır, klub 2500 manat cərimə olunur (maddə 42.4).

Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXXIII turunun "Bakı” – AZAL matçının 27-ci dəqiqəsində AZAL klubunun 27 №-li futbolçusu Fariz Nəcəfov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur(maddə 48).

I divizionun XXVII turunun "Turan Tovuz” – "Zirə” matçında "Zirə” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur(maddə 40).

I divizionun XXVII turunun "Neftçala” – "Şuşa Qarabağ” matçında "Şuşa Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur(maddə 40).

Oyunun 83-cü dəqiqəsində "Şuşa Qarabağ” klubunun 13 №-li futbolçusu Qafar Əliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur(maddə 48).
I divizionun XXVII turunun "Kəpəz” – "Bakılı” matçının 75-ci dəqiqəsində "Bakılı” klubunun 19 №-li futbolçusu Nihad Əmirli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur(maddə 48).

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/339935.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR