Ürək xəstəliklərinin səbəbi bəlli oldu

Ürək xəstəliklərinin səbəbi bəlli oldu
07:37 19 Avqust 2019
105 Ölkə
Ölkə mətbuatı
A- A+

Ürək xəstəliklərinin yayılmasının əsas səbəbi fast food restoranlar imiş.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, kardioloqlar bu əlaqəni Yeni Cənubi Uels sakinlərinin məlumatlarının təhlilinin nəticələrinə əsasən müəyyənləşdirib.

Belə ki, hər yeni fast food müəssisəsi üçün ildə dörd yeni infarkt hadisəsi qeydə alınıb. Ümumilikdə, 3070 nəfər 2011-2013-cü illərdə ürək çatızmazlığı ilə xəstəxanaya yerləşdirilib. Bu isə mütəxəssislərin diqqətini cəlb edib.

Ekspertlər piylənmənin, hipertoniyanın, diabetin, siqaret çəkmənin və infarktın riskini artıra biləcək digər amillərin mövcudluğunu nəzərə alıblar. Həmçinin fast food müəssisələrinin ümumi sayı, onların yeri sıxlığı və infarkt statistikası müəyyən edilib. Alimlər fast food nöqtələrinin yerləşdirilməsinin sıxlığını azaltmağa və mağazaların sağlam qidalarla mövcudluğunu artırmağa çağırıblar. Hesabatda deyilir: "fast food-un istifadəsi ölümcül və qeyri-ölümcül infarkt tutmalarının daha yüksək ehtimalı ilə bağlıdır. Aşağı qida keyfiyyəti, yüksək miqdarda duz, şəkər və doymuş yağlarda bu cür qidaların hazırlanması da səbəblər sırasındadır. Buna baxmayaraq, fast food-un alışında sürətli artım var".  

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/778864.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR