Yazılı məlumatların elektron arxivləşdirilməsi üçün proqram hazırlanıb

Yazılı məlumatların elektron arxivləşdirilməsi üçün proqram hazırlanıb
14:38 12 May 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir Hüseyn Vəliyev/

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) mütəxəssisləri tərəfindən kağız üzərində olan məlumatların rəqəmli formatda arxivləşdirilməsi üçün xüsusi proqram hazırlanıb.

Trend-in Nazirliyə istinadən verdiyi məlumata əsasən, proqramın istismarı prosesində ortaya çıxa biləcək hər hansı məsələnin tam həll edilməsi üçün artıq sınaq mərhələsinə start verilib.

Mərkəzin direktoru Nail Mərdanovun sözlərinə görə, MHM-də bu günə qədər mövcud olan kağız arxivin elektron varianta keçirilməsi - rəqəmsallaşdırılmasına başlanılır: “Proqram təminatına tələbatı olan müvafiq qurumlarda onu quraşdırmağa və kömək etməyə də hazırıq. Arxiv işinin avtomatlaşdırılması üçün hazırlanan proqram məhsulu təkmilləşdirildikdən sonra tamamilə açıq resurs şəklində portalıa yerləşdiriləcək ki, Azərbaycan daxilində özəl və ya qeyri-özəl, istənilən qurum buna əlavə vəsait xərcləməsin, proqram təminatını oradan yükləməklə, öz qurumlarında arxivin avtomatlaşdırılması işini təşkil edə bilsinlər. Biz yeni bir tendensiya - “Open Data” deyil, “Open resources”-a keçməyi də planlaşdırırıq. Atıq müxtəlif proqram yazılışlarının mətn kodlarını açıq formada qurumlara təqdim edəcəyik ki, təkrarçılığa əlavə vəsait getməsin”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/it/2393794.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR