Tramp Venesuelanı blokadaya almaq istəyir

Tramp Venesuelanı blokadaya almaq istəyir
09:03 19 Avqust 2019
54 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp məsləhətçilərə Venesuelanın dəniz blokadasının tətbiqini müzakirə etməyi təklif edirdi.

Publika.az xəbər verir ki, bu haqda administrasiyadakı beş mənbəyə istinadən “Axios” portalı bildirib.

Mənbələrin məlumatına görə, Tramp ölkəyə malların çatdırılmasına imkan verməmək üçün Venesuelanın sahil boyu Amerika Hərbi Dəniz Qüvvələrinin gəmilərini yerləşdirməyi təklif edirdi. Portal iddia edir ki, Tramp belə müzakirələri son yarım ildə bir neçə dəfə başlayıb.

Qeyd edilir ki, Pentaqon bu ideyanı ciddi qəbul etməyib.

Xatırladaq ki, Tramp daha əvvəl ABŞ-ın Venesuelanın blokadası imkanına baxdığını bildirib.

“Bəli, mən baxıram”, - Tramp avqustun əvvəlində jurnalistlərin sualına cavab verərkən deyib.

Qeyd edək ki, Venesuelada vəziyyət yanvarın 23-də kütləvi etirazlardan sonra parlamentin spikeri Xuan Quaydonun özünü müvəqqəti prezident elan etməsi ilə pisləşib. ABŞ, Avropa İttifaqı və Latın Amerikası ölkələrinin əksəriyyəti onun qanuni dövlət başçısı kimi tanıyıblar.

Rusiya, İran, Türkiyə və bir sıra başqa dövlətlər Maduroya dəstəyini elan ediblər.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/287825.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR