Ronaldu hirslənib: "Hörmət etmək məcburiyyətindəyik"

Ronaldu hirslənib: "Hörmət etmək məcburiyyətindəyik"
11:47 16 Yanvar 2015
228 İdman
Ölkə mətbuatı
A- A+

"Erkən qol buraxdıq və buna görə də qalib gələ bilmədik. Xüsusilə birinci hissədə çox yaxşı oyun nümayiş etdirdik. Qələbə qazanmaq üçün əlimizdən gələni etdik. Ancaq şanssız tərəf biz idik. Heç-heçə ədalətli nəticə olmadı. Azarkeşlərdən bu nəticəyə görə üzr istəyirik. Çox məyusuq".
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Real"ın futbolçusu Kriştianu Ronaldu İspaniya Kubokunun 1/8 final mərhələsinin cavab qarşılaşmasında "Atletiko" ilə bərabərə (2:2) qalaraq mübarizəni dayandırdıqları oyunu şərh edərkən deyib.
 
Portuqaliyalı hücumçu "Atletiko"nun daha çox müdafiədə oynadığını bildirib: "Atletiko" bəyənilən futbol oynamır. Qol vurduqdan sonra isə ancaq müdafiə olunurlar və boşluqlar yaranan kimi fərqlənməyə çalışırlar. Ancaq bütün bunlara baxmayaraq, komandanın məşqçi və futbolçularına hörmət etmək məcburiyyətindəyik".
 
K.Ronaldu onu da deyib ki, qazandığı "Qızıl top" mükafatı onu arxayınlaşdırmayıb: "Komandamın uğur qazanması üçün mübarizə aparmağa davam edəcəm. Hazırda La Liqada liderik və Çempionlar Liqasında çıxışımızı davam etdirirk. "Qızıl top" qazanacağımı yeni ildən iki həftə öncə anlamışdım".
 
Qeyd edək ki, "Real" iki oyunun nəticəsinə əsasən (1:3, 2:2) İspaniya kubokunda mübarizəni dayandırıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/319305.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR