Məlahət Abbasova ATV-dən getdi

Məlahət Abbasova ATV-dən getdi
11:27 19 Avqust 2019
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Məlahət Abbasova bu mövsüm də aparıcılıq fəaliyyətini davam etdirəcək.

Milli.Az axşam.az-a istinadən bildirir ki, "Məlahətli söhbətlər" adlı proqramla ATV-də tamaşaçıların qarşısına çıxan aktrisa kanal dəyişdirib.

O, bundan sonra "Məlahətli dəqiqələr" adlı proqramı ilə "Mədəniyyət" kanalında tamaşaçıların qarşısına keçəcək. Abbasova artıq yeni mövsüm üçün verilişlərin çəkilişlərinə başlayıb.

Qeyd edək ki, Türkiyədə yaşayan aktrisanın verilişində yerli şou-biznes nümayəndələri ilə yanaşı, türk ulduzları da qonaq olurdu.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/779206.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR