Üç ailənin evi yandı, Azərbaycan bayrağı alovdan salamat çıxdı

Üç ailənin evi yandı, Azərbaycan bayrağı alovdan salamat çıxdı
14:47 12 May 2015
189 Digər
Ölkə mətbuatı
A- A+

Ötən gecə saat 4 radələrində Yevlax şəhəri, Vaqif küçəsi 119 ünvanında İmarət Hacı qızı Nadirovaya məxsus,  ümumi sahəsi 300 kvadratmetr  olan 2-mərtəbəli,  6 otaqlı fərdi yaşayış evində yanğın başlayıb. Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, yanğın evin dam örtüyünün çardaq hissəsində qeydə alınıb. Evin  2-ci mərtəbəsinin  yanar konstruksiyaları və əşyalar 150 kvadratmetr  sahədə sıradan çıxıb.

Yanğını ilk görənlərdən olan və onun qarşısını almağa çalışan ev sahibinin oğlu Ramin Nadirov xəsarət alıb. Onun əli sınıb, ayağı zədələnib. Yanğın saat 06:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Alovun evin 1 mərtəbəsinə keçməsinin qarşısı alınıb. Yanğından sonra evə baxış zamanı məlum olub ki, alovun bürüdüyü ərazidə hər şey sıradan çıxsa da, oradakı Azərbaycan bayrağı yanmayıb.

Yanan evdə 3 ailənin 16 üzvü yaşayırdı. İlkin versiyaya görə, hadisəyə elektrik naqillərində baş verən qısaqapanma səbəb olub. Faktla bağlı Fövqəladə Hallar Nazirliyi Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsində araşdırma aparılır.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/339938.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR