Nisyə içki alma istəyən qadın marketi bir-birinə qatdı - ANBAAN GÖRÜNTÜLƏR

İstanbulda bir içki mağazasından içki almaq istəyən qadın ilə mağaza sahibi arasında mübahisə yaranıb.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, sərxoş olduğu güman edilən qadın içki mağazasına gələrək pulunu sonra ödəyəcəyini deyərək nisyə içki almaq istəyib. Satıcının etirazları nəticəsində mübahisə yaranıb. Daha sonra iki qadını da yanında gətirərək mağazaya gələn qadın əvvəlcə mağazadakı məhsulları dağıdıb və qadın post-terminalı satıcının üstünə çırpıb. Satıcı da qadını vuraraq qarşılıq verib. Hadisəyə şahidlik edən vətəndaşlar polis çağırıblar.

Sərxoş qadın həmçinin hadisə yerinə gələn polisləri də təhqir edib və hücum çəkib. Qadın və dostları polis bölməsinə aparılıblar. Həmin hadisə mağazanın təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Həmin anları təqdim edirik:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR