Azərbaycandan Gürcüstana elektrik enerjisinin ixracı 17% artıb

Azərbaycandan Gürcüstana elektrik enerjisinin ixracı 17% artıb
13:12 19 Avqust 2019
40 Digər
Ölkə mətbuatı
A- A+

Bu ilin yanvar-iyul aylarında Gürcüstan Azərbaycandan 31,589 mln. dollar dəyərində elektrik enerjisi idxal edib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.
Azərbaycanın qonşu ölkəyə ixrac etdiyi elektrik enerjisi məbləğ baxımından illik müqayisədə 4 655, 4 min dollar və ya 17,2% çoxdur.
Ötən ilin ilk yeddi ayı ərzində Gürcüstan Azərbaycandan 29 mln. 933,6 min dollar dəyərində elektrik enerjisi idxal edib. 


Xəbərin orijinal ünvanı: https://report.az/energetika/azerbaycandan-gurcustana-elektrik-enerjisinin-ixraci-17-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR