Azərbaycanda peşə təhsili müəssisələrinə sənəd qəbulu yekunlaşır

Azərbaycanda peşə təhsili müəssisələrinə sənəd qəbulu yekunlaşır
13:52 19 Avqust 2019
67 Digər
Ölkə mətbuatı
A- A+

Avqustun 20-də 2019-2020-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrinə elektron qaydada sənəd qəbulu başa çatır.
Təhsil Nazirliyindən “Report”a verilən məlumata görə, artıq 9 272 nəfərin müraciəti qeydə alınıb. Müraciət edənlər əsasən aşpaz, dərzi, aqroservis mütəxəssisi, heyvandarlıq mütəxəssisi və kompüter operatoru ixtisaslarına üstünlük veriblər.
Peşə təhsili müəssisələrinə ərizə qəbulu “ASAN xidmət” mərkəzlərində təşkil edilir. “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə vətəndaşlara müvafiq peşə təhsili müəssisələrində elektron qaydada qeydiyyat üçün şərait yaradılıb. Peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə həyata keçirilir. Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların peşə təhsili müəssisələrinə qəbulu müsabiqədənkənar aparılır.
Avqustun 21-də nəticələrin elan olunması nəzərdə tutulub.


Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/pese-tehsili-muessiselerine-sened-qebulu-yekunlasir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR