Quba İH: Yanğın Şabran rayonunda başlayıb

Quba İH: Yanğın Şabran rayonunda başlayıb
14:17 19 Avqust 2019
65 Ölkə
Ölkə mətbuatı
A- A+

QubaŞabran rayonlarında baş vermiş yanğın hadisəsi müvafiq dövlət qurumlarının nəzarəti altındadır.

Bunu Trend-ə Quba Rayon İcra Hakimiyyətinin başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Xanlar Heybətov bildirib. Onun sözlərinə görə, yanğın bu gün səhər saatlarında başlayıb:

"Yanğın səhər saat 08 radələrində Şabran rayonunda başlayıb, daha sonra Quba ərazisinə keçib. Hazırda icra və bələdiyyə nümayəndələri, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədirlər".

İcra Hakimiyyəti rəsmisi bildirib ki, yanan meşəlik ərazi deyil:

"Yanğın bələdiyyənin kol-kos sahəsində qaratikan adlanan ağacların çox olduğu yerdə qeydə alınıb. Həmin ərazi keçilməz yer olduğundan yanğınsöndürmə işləri vaxt aparacaq. Xoşbəxtlikdən xəsarət alan olmayıb".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/779272.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR