Azərbaycan Gürcüstandan yük maşını idxalını 2 dəfədən çox artırıb

Azərbaycan Gürcüstandan yük maşını idxalını 2 dəfədən çox artırıb
14:27 19 Avqust 2019
43 Digər
Ölkə mətbuatı
A- A+

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Gürcüstandan 844 ədəd yük maşını idxal edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.
Qonşu ölkədən Azərbaycana ixrac olunan yük maşınlarının ümumi dəyəri 5 784,8 min dollara bərabər olub.
İllik müqayisədə Azərbaycanın Gürcüstandan tədarük etdiyi yük avtomobillərinin sayı 466 ədəd və ya 2,23 dəfə artıb.
Ötən ilin eyni dövründə Azərbaycan Gürcüstandan 2 634,2 min dollar dəyərində 378 ədəd yük maşını idxal edib. 


Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycan-gurcustandan-yuk-masini-idxalini-artirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR