Şəkililər təşvişdə: quduz heyvan meşəyə qaçdı

Şəkililər təşvişdə: quduz heyvan meşəyə qaçdı
13:57 12 May 2015
121 Digər
Ölkə mətbuatı
A- A+

Kanal S (Region TV) xəbər verir ki, Şəkinin Aydınbulaq kəndində heyvanlar arasında quduzluq xəstəliyi yayılıb. Kənddə "Cücərmiş" adlanan ərazidə iribuynuzlu mal-qaraya vəhşi heyvanların hücumu nəticəsində yayılan virus sakinlərin narahatlığına səbəb olub.

Şəkinin Aydınbulaq kəndində təqribən bir ay öncə öncə baş verən hadisənin əlamətləri indi üzə çıxıb. Heyvanlar arasında quduzluq xəstəliyinin yayılması sakinləri təşvişə salıb. Hadisənin təfərrüatlarına gəlincə, gecə saatlarında tövləyə soxulan çaqqal 5 baş iribuynuzlu heyvanı dişləyib. Yaralanan heyvanlardan ikisi tələf olub. Digər yaralı heyvanlarda müşahidə olunan hürkmə, narahatlıq və qorxu kimi əlamətlər təsərrüfat sahibini şübhəyə salıb. Bu heyvanların quduzluğa yoluxması ehtimalı sakinləri çıxış yolu axtarmağa vadar edib. Üç inəkdən ikisi öldürülüb və baytar həkimlərin iştirakı ilə yandırılaraq basdırılıb. Digər bir inək isə ipi qıraraq qaçıb. Axtarışlar isə indiyədək nəticə verməyib.

Şəki Rayon Baytarlıq İdarəsi vəziyyətdən xəbərdardır. Sakinlərin müraciəti əsasında ərazidə dezinfeksiya işləri görülüb. Eləcə də mal-qaranın bağlı şəraitdə saxlanılması tövsiyyə edilib. Baş baytar narahatlıq üçün əsas olmadığını, bununla yanaşı, sakinlərə vəhşi heyvanların hücumuna məruz qalan ev heyvanlarının ətindən və südündən istifadə etməməyi tövsiyyə edir.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/339941.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR