Bakıda küçədə bıçaqlanma hadisəsi baş verib

Bakıda 38 yaşlı kişi küçədə bıçaqlanıb.

Metbuat.az bildirir ki, olay paytaxtın Nizami rayonu, Qara Qarayev prospekti 61 ünvanının qarşısında qeydə alınıb.

Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakini, 1973-cü il təvəllüdlü Novruzov İlqar Ələşrəf oğlu xuliqanlıq zəminində Abşeron rayon sakini, 1981-ci il təvəllüdlü Əsədullayev Faiq Meydan oğluna sol çiyin, sol kürək, sol sifət və sol bud nayihələrindən 4 bıçaq zərbəsi vurub.

Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR