"Azərbaycan və Gürcüstan sərhədində razılaşdırılmamış ərazilərə birgə baxış keçiriləcək" - XİN

Avqustun 19-da GürcüstanAzərbaycan Respublikasının dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının ekspertlərinin işçi görüşü keçirilib.

XİN-dən Metbuat.az-a verilən məlumata görə, tərəflər delimitasiya prosesinin gedişatını muzakirə edib və razılaşdırılmamış sahələrlə bağlı öz mövqelərini ifadə ediblər.

Görüləcək sahə işləri, razılaşdırılmamış sahələrdə birgə ölçmə işlərinin aparılması və həmin yerlərə baxış keçirilməsi planlaşdırılıb. 19-23 avqust tarixlərində ekspertlər ayrı-ayrı sahələrə birgə baxış keçirəcəklər və gələcək mərhələdə qalan digər razılaşdırılmamış sahələrə də baxış keçirməyi planlaşdıracaqlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR