Bu edama İŞİD də etiraz etdi (VİDEO)

Bu edama İŞİD də etiraz etdi (VİDEO)
11:51 16 Yanvar 2015
278 Digər
Ölkə mətbuatı
A- A+

"Əl-Qaidə" terror təşkilatı Suriyada zina ilə günahlandırılan bir qadını edam edib.

ANS PRESS-in məlumatına görə, orta yaşlı qadın terrorçular tərəfindən küçə ortasında öldürülüb. Qadının fahişəxana işlətdiyi və zina etdiyi iddia olunub. Edama məhkum edilən qadın terrorçuların zor tətbiq etməsi ilə diz çöküb.

Terrorçular qadının başına tapança dirəyiblər və onu edam ediblər. Görüntülərin sosial şəbəkələrdə yayılmasından sonra hadisə böyük reaksiyaya səbəb olub.

Hətta, İŞİD tərəfdarları belə bu edamın "yersiz" olduğunu bildiriblər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR