Bakıda şokolad sərgisi keçiriləcək - FOTO

Bakıda şokolad sərgisi keçiriləcək - FOTO
15:07 12 May 2015
Ölkə mətbuatı
A- A+

[ 12 May 2015 15:02 ]


Bakı-APA Dünya turu çərçivəsində dünyanın 40-dan artıq şəhərində qonaq olan məşhur “Nikolya Şokolad Muzeyi” bu dəfə Bakıda sərgi keçirəcək.

 

Muzey Mərkəzindən APA-ya verilən məlumata görə, sərgi Muzey Mərkəzinin binasında 15-28 iyun tarixlərində təşkil olunacaq.

 

Mədəniyyət və Turizm Nazirliyi və Muzey Mərkəzi tərəfindən təşkil olunacaq sərgidə 200 kvadratmetrlik sahədə ümumi çəkisi 700 kiloqramdan artıq olan, yüksək keyfiyyətli 250-dən artıq şokolad məmulatları, o cümlədən şokolad və marziran heykəlcikləri, şokolad bagetlərlə çərçivələnmiş şokolad rəsmləri, şokolad miniatür və komrozisiyalar təqdim ediləcək. Bununla yanaşı, sərgidə şokoladın tarixi və bu haqda maraqlı faktlarla tanış olmaq imkanı olacaq.

 

Bakıdakı sərgi üçün xüsusi olaraq Azərbaycan və Bakıya həsr olunmuş şokoladdan bir sıra sənət əsəri hazırlanıb. Burada 70 kiloqramdan artıq çəkisi olan “Qız qalası” şokolad miniatürü, Hökumət evi, Muzey Mərkəzi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, FlameTowers binalarını əks etdirən əsərləri, eləcə də marziran meyvə və gülləri, şokolad manqalı və digər əsərləri görmək olacaq.

 

Sərginin keçirildiyi dövrdə müəllif çəkisi 200 kiloqramdan artıq olan və Bakıda keçiriləcək Birinci Avropa Oyunlarına həsr etdiyi, dünyanın ən nəhəng şokolad rəsmini təqdim edəcək. Bununla yanaşı, məşhur şokolad sərgisi zamanı xüsusi texnologiya ilə hazırlanmış bir sıra eksklüziv şokolad suvenir məmulatları təqdim ediləcək. Öz əli ilə şokolad möcüzələri hazırlamaq istəyənlər üçün isə müəllif tərəfindən ustad dərsləri təşkil olunacaq.

 

Qeyd olunub ki, "Nikolya Şokolad Muzeyi"nin sərgilərinə müxtəlif yaş və statuslu tamaşaçılar cəlb edilir. 5 il ərzində sərgini 500.000-dən artıq tamaşaçı ziyarət edib.

 

Hər bir ziyarətçi üçün bir neçə növ şokoladın dequstasiyası təşkil olunacaq. 

 

Sərginin təntənəli açılışı 15 may saat 18:00-da Muzey Mərkəzinin dairəvi zalında olacaq.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/383183

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR