x
Loading...

Qaradağda ulu öndər Heydər Əliyev anıldı (FOTO)

Qaradağda ulu öndər Heydər Əliyev anıldı (FOTO)
14:13 12 May 2015
69 Sosial
Ölkə mətbuatı
A- A+

10 may 2015-ci il tarixində Lökbatan qəsəbəsində Heydər Əliyev parkında Ulu Öndərin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar abidəsi önünə əklilqoyma mərasimi keçirildi.

Mərasimdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Şura üzvləri və rayon ictimaiyyəti iştirak edirdi.

Əvvəlcə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı S.Mikayılov və Şura üzvləri abidə önünə əklil və gül dəstələri düzdülər.

Daha sonra rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ardıcıl olaraq mərasimə toplanmış ictimaiyyət nümayəndələri ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymaqla Azərbaycanın memarı və qurucusuna öz dərin ehtiramlarını bildirdilər.

Bununla da mərasim sona çatdı.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2393821.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR