Bakıda iki maşın toqquşdu, "Infiniti" çuxura düşdü - xəsarət alan var + VİDEO

Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Metbuat.az APA-ya istinadla xəbər verir ki, hadisə Rüstəm Rüstəmov küçəsi ilə hərəkətdə olan "Infiniti" markalı avtomobil dönmə əməliyyatı edərkən Məhsəti Gəncəvi küçəsi ilə gedən "Opel" markalı avtomobilin sürücüsü 1969-cu il təvəllüdlü Muradov Namiq Əlifağa oğlu idarəetməni itirərək ona çırpılıb.

Zərbənin təsirindən "Infiniti" maraklı avtomobil yol kənarında qaz borusunun təmiri üçün qazılmış çuxura düşüb. Qəza zamanı N.Muradov xəsarət alaraq 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Ona döş qəfəsinin əzilməsi diaqnozu qoyulub.

Hadisə yerinə Nizami Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb olunub.

Qəzanın dəqiq səbəbləri araşdırılır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR