"Qəbələ"dən ayrılan futbolçu "Sumqayıt"la müqavilə bağlayıb

"Qəbələ"dən ayrılan futbolçu "Sumqayıt"la müqavilə bağlayıb
11:27 20 Avqust 2019
57 Digər
Ölkə mətbuatı
A- A+

2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçu ilə anlaşıb.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, son iki mövsümü "Qəbələ"də keçirən İlqar Qurbanovla 1 illik müqavilə bağlanılıb. Qurbanov "Sumqayıt"da 50 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Türkiyənin "Fənərbaxça" klubunun yetirməsi olan Qurbanov peşəkar karyerası ərzində "Qəbələ" ilə yanaşı (29 oyun) "Xəzər Lənkəran" (56 oyun, 6 qol), "Sivasspor" (11 oyun, 1 qol), "Boluspor" (19 oyun, 3 qol), "Olimpik Şüvəlan" (23 oyun, 2 qol), "Mersin İdman Yurdu" (7 oyun) və "Qarabağ"ın (109 oyun, 4 qol) uğurları üçün çalışıb. 2006-cı ildən Azərbaycan millisinin şərəfini qoruyan İlqar yığmanın heyətində 16 qarşılaşmada meydanda olub.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qebele-den-ayrilan-futbolcu-sumqayit-la-muqavile-baglayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR