İlqar Qurbanovun yeni komandası müəyyənləşdi - FOTOLAR

2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" FK heyətini daha bir futbolçu ilə gücləndirib.

Metbuat.az klubun rəsmi saytına istinadla bildirir ki, son mövsümü "Qəbələ"də keçirmiş İlqar Qurbanov komandamızla 1 illik müqavilə imzalayıb. Qurbanov "Sumqayıt" FK-da "50" nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Türkiyənin "Fənərbağça" komandasının yetirməsi olan İlqar Qurbanov peşəkar karyerası ərzində "Qəbələ" ilə yanaşı (29 oyun) "Xəzər Lənkəran" (56 oyun, 6 qol), "Sivasspor" (11 oyun, 1 qol), "Boluspor" (19 oyun, 3 qol), "Olimpik Şüvəlan" (23 oyun, 2 qol), "Mersin İdman Yurdu" (7 oyun) və "Qarabağ"ın (109 oyun, 4 qol) uğurları üçün çalışıb.

2006-cı ildən Azərbaycan millisinin şərəfini qoruyan İlqar yığmanın heyətində 16 qarşılaşmada meydanda olub.





Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR