Bakıda çoxmərtəbəli binada yanğın zamanı 17 nəfər təxliyə olunub YENİLƏNİB 2 + FOTOLAR

13:06

Yasamal rayonunda İsmayıl bəy Qutqaşınlı küçəsi, 36 saylı binada yerləşən yaşayış binasında baş vermiş yanğında 17 sakin təxliyə olunub.

Metbuat.az xəbər verir ki, bunu Trend-ə Yasamal Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini Elçin Sadıqov bildirib. Onun sözlərinə görə, artıq bina sakinləri öz mənzillərinə geri dönüblər:

"Yanğın səhər saat 10:57-də qeydə alınıb. Alov 16 mərtəbəli binanın 13-16-cı mərtəbələrində giriş bloklarındakı elektrik kabellərində qeydə alınıb. Hadisə yerinə cəlb olunan əməkdaşlarımız dərhal bina sakinlərini təxliyə edərək alovun qarşısını alıblar. Xoşbəxtlikdən yanğında xəsarət alan olmayıb".

Rəis müavini əlavə edib ki, digər aşağı mərtəbələrdə də qismən yanğın qeydə alınıb.

12:25

Paytaxtın Yasamal rayonu ərazisində yerləşən yaşayış binasında baş vermiş yanğın söndürülüb.

Bu barədə Metbuat.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.


11:47

Bakının Yasamal rayonunda hündürmərtəbəli yaşayış binasında güclü yanğın başlayıb.

Metbuat.az bildirir ki, İsmayıl bəy Qutqaşınlı 63 ünvanında yerləşən yaşayış binasında baş verən yanğının söndürülməsi üçün əraziyə yanğınsöndürən maşınlar cəlb olunub.

Bina sakinləri təxliyyə edilib.

İlkin məlumata görə, yanğın elektrik şitinin partlaması nəticəsində başlayıb.

Əraziyə yanğınsöndürənlər cəlb olunub.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın 17 mərtəbəli binanın 13 və 14-cü mərtəbəsi arasındakı elektrik şitində baş verib. Hazırda yanğının söndürülməsinə çalışırlar.


(baku.ws)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR