Məşhur sima ölü bir qadına aid imiş - Tükürpədən fakt - FOTO

Məşhur sima ölü bir qadına aid imiş - Tükürpədən fakt - FOTO
12:22 20 Avqust 2019
109 Maraqlı
Ölkə mətbuatı
A- A+

Gündəlik həyatımızda qarşımıza çıxan nəsnələr, şəkillər və rəsmlərin ürküdücü bir tarixi ola bilir. "L'Inconnue de la Seine"("Sena çayının məchul qadını") adıyla tanınan bir gənc qadının intiharından sonra üzündən çıxarılan maska da bunlardan biridir.

Milli.Az Teleqraf.com-a istinadən intiharından uzun illər keçməsinə baxmayaraq, günümüzdə hələ də müzakirə mövzusu olan olay haqda ilginc faktları təqdim edir.

XXI əsrdə yaşamağımıza rəğmən, bəzi nəsnələrin uğursuz olduğuna və mənfi enerji yaydığına inanılır. Buna inanılmasının səbəbi isə çox vaxt bu nəsnələrin qorxunc bir olayın mərkəzində olmasıdır. Ötən əsrin əvvəllərində baş verən və o dönəmdən bu günədək populyar bir sənət nümunəsinə çevrilən "L'Inconnue de la Seine" də bunlardan biridir.

Bu maska forması intihar edən bir qızın simasını daşıyır.

1880-ci illərin sonunda Fransada Sena çayından bir qadının meyiti çıxarıldı. Öləndə 16 yaşından böyük olmadığı məlum olan qadının cəsədini yaran patoloq bunun bir intihar olduğunu dedi.

Gənc qadının üzündəki məsum ifadə patoloqun diqqətini çəkmişdi. Çünki ölməsinə baxmayaraq, simasında insana müsbət enerji ötürən bir gülümsəmə vardı. Bundan sonra patoloq qadının simasının maskasını hazırladı. Maska o qədər çox bəyənildi ki, bir çox nüsxəsi hazırlandı.

"L'Inconnue de la Seine" adıyla tanınan bu maska bir çox sənətkara şeirləri və rəsmləri üçün ilham mənbəyi oldu. Fransız yazıçı Alber Kamyu qadının gülüşünü "Mona Liza"nın gülüşü ilə müqayisə etdi, "L'Inconnue de la Seine"ni "Boğulmuş Mona Liza gülüşlü" adlandırdı.

"L'Inconnue de la Seine'" fransız dilində "Sena çayının məchul qadını" mənasını verir. Maska illərdir bir çox insanın evində sənət nümunəsi kimi yer alır. "Sena gözəli"nin siması eyni zamanda, ilk yardım təlimlərində istifadə olunan CPR manekenlərində istifadə olunur.

Günümüzdə isə bu maskaların satışı hələ də davam edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/779460.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR