Azərbaycan vətəndaşı Gürcüstanda heroinlə saxlanılıb

Azərbaycan vətəndaşı Gürcüstanda heroinlə saxlanılıb
12:22 20 Avqust 2019
60 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanda 1966-cı il təvəllüdlü E.H. adlı Azərbaycan vətəndaşı saxlanılıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Naazirliyi məlumat yayıb.
Saxlanılan şəxsdən iki bağlamada ümumi çəkisi 114 qram olan heroin müsadirə olunub.
Azərbaycan vətəndaşı ilə bağlı külli miqdarda narkotik vasitələrin qanunsuz alınması və saxlanılması faktı üzrə istintaq başlanılıb. 
Onu 8 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir. 


Xəbərin orijinal ünvanı: https://report.az/region/azerbaycan-vetendasi-gurcustanda-heroinle-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR