x
Loading...

Yohannes Han: "Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” ölkələri ilə yeni formatda əməkdaşlıq barədə düşünməlidir"

14:22 12 May 2015
31 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 12 May 2015 15:17 ]

Bakı. Məlahət Nəcəfova - APA. "Avropa İttifaqı onunla daha sıx əlaqə qurmaq istəməyən “Şərq Tərəfdaşlığı” ölkələri ilə yeni formatda əməkdaşlıq barədə düşünməlidir”.

APA-nın məlumatına görə, bunu Avropa İttifaqının (Aİ) Avropa qonşuluğu siyasəti və genişlənmə üzrə komissarı Yohannes Han Brüssseldə Gürcüstan prezidenti Georgi Merqvelaşvili ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

 

“Biz daha çox iş görməli və anlamalıyıq ki, bizim tərəfdaşlarımız bir-birindən çox fərqlidir. Biri bizimlə daha sıx inteqrasiyada maraqlıdır və bu halda biz gələcəkdə hansı addımları atmağın mümkün olduğu barədə düşünməliyik. Başqaları isə digər formada əməkdaşlıq istəyir. Bu halda isə əlaqələrimizi daha yaxşı şəkildə necə, o cümlədən yaradıla biləcək yeni format çərçivəsində davam etdirməyi nəzərdən keçirməliyik”, - deyə Aİ komissarı vurğulayıb.

 

Qeyd edək ki, Azərbaycanda da Aİ ilə əməkdaşlıq formatının dəyişdirilməsinin tərəfdarı kimi çıxış edir. Belə ki, rəsmi Bakı Aİ ilə assosiativ deyil, strateji tərəfdaşlıq çərçivəsində əməkdaşlıq etmək niyyətində olduğunu açıqlayıb..


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/383184

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR