DYP Binəqədidə maarifləndirici aksiyalar keçirir

DYP Binəqədidə maarifləndirici aksiyalar keçirir
13:02 20 Avqust 2019
71 Digər
Ölkə mətbuatı
A- A+

Daxili işlər nazirinin əmrinə əsasən, yol polisi respublika ərazisində "Təmiz hava" aylığı ilə bağlı maarifləndirici aksiyalar keçirir.
Daxili İşlər Nazirliyindən (DİN) "Report"a verilən məlumata görə, avqustun 1-dən 31-dək davam edən tədbirlər çərçivəsində avtomobillərin ixrac etdiyi zərərli qazların miqdarı yoxlanılır.
"Təmiz hava" aylığı ilə bağlıkeçirilən tədbirlər Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində davam etdirilib. Tədbir zamanı avtomobillər saxlanılaraq zərərli qazların miqdarı yoxlanılıb. Normadan artıq zərərli qaz ixrac edən avtomobillər sürücülərinə inzibati qaydada protokol tərtib olunub və avtomobilin saz vəziyyətdə saxlanılmasına dair sürücünün hüquq və vəzifələri izah olunub. Zərərli qazların miqdarı normadan bir qədər artıq olan sürücülərə isə xəbərdarlıq edilib.
Yol polisi əməkdaşları sürücülərə tövsiyə ediblər ki, avtomobilləri saz vəziyyətdə saxlasınlar. Bu həm onların, həm digər hərəkət iştirakçılarının sağlamlığı, həm də ətraf mühitin qorunması üçün vacibdir.
Rayon ərazisində həmçinin yükdaşıma qaydalarını pozan maşınların ssürücüləri ilə də profilaktik işlər mütəmadi olaraq aparılır.Bu sürücülərə yol polisləri tərəfindən xəbərdarlıq olub, qayda pozuntusuna yol vermiş şəxslər barəsində qanuni tədbirlər görülüb. 



Xəbərin orijinal ünvanı: https://report.az/hadise/dyp-bineqedide-maariflendirici-aksiyalar-kecirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR