x
Loading...

Bakıda B-20 Regional Məsləhət Forumu keçirilir

14:27 12 May 2015
Ölkə mətbuatı
A- A+

[ 12 May 2015 15:25 ]


Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakıda Azərbaycan B-20 Azərbaycan Regional Məsləhət Forumu öz işinə başlayıb.

 

APA-Economics”in məlumatına görə, forum İqtisadiyyat və Sənaye Nazirliyinin və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi baş tutub.

 

Forumda aidiyyəti dövlət qurumlarının, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 140-dan çox şirkətin nümayəndələri və təhsil müəssisələrinin rəhbərləri iştirak edir. Tədbirə həmçinin, Türkiyənin baş nazirinin müavini Ali Babacan, Türkiyə Palatalar və Birjalar Birliyinin sədri Rifat Hisarcıqlıoğlu, İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Biznes Şurasının (BSEC BC) səlahiyyətli nümayəndələri, BMT-nin İnkişaf Proqramının Regional Mərkəzinin, Müstəqil Dövlətlər Birliyinin Maliyyə və Bank Şurasının nümayəndə heyətləri, Bolqarıstan, Yunanıstan və Rumıniyanın Ticarət və Sənaye Palatalarının rəhbər şəxsləri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Rusiya Milli Komitəsinin nümayəndələri və s. qatılıblar.

 

Forumda çıxış edən BSEC-in baş katibi Məmməd Zülfüqarov bildirib ki, B-20 Azərbaycan Regional Məsləhət Forumu Qara Dəniz və Xəzər dəniz regionu ölkələri ilə B-20 ölkələri arasında ticarət, infrastruktur, kiçik və orta sahibkarlıq, investisiyalar üzrə müzakirə və məsləhətləşmələri özündə ehtiva edir. Bu forumun nəticəsi olaraq tövsiyyə və təkliflər hazırlanaraq Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələri hökumətlərinə təqdim ediləcək.

 

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibinin müavini Abzal Saparbekulı, Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresinin Şura sədri Vasili Tarlev çıxış edərək tədbirin xüsusi əhəmiyyətindən danışıblar.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/383188

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR