Bu il 372300 nəfər sosial müavinət alıb

Bu il 372300 nəfər sosial müavinət alıb
15:29 12 May 2015
108 Sosial
Ölkə mətbuatı
A- A+

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari ilin ilk rübündə 372290 nəfərə aylıq və birdəfəlik sosial müavinət ödənilib.

 

Lent.az-ın ƏƏSMN-ın saytına istinadən məlumatına  görə, müavinət alanlardan 340254 nəfəri (91,4%) aylıq, 32036 nəfər birdəfəlik (8,6%) sosial müavinət alıb.

 Ötən ilin müvafiq dövrü ilə müqayisədə müharibə veteranlarına ödənilən aylıq sosial müavinətlərin məbləği bu il 21,6 faiz artıb. Hazırda 52596 nəfər müharibə veteranı həmin aylıq sosial müavinətlə təmin edilir.

Eyni zamanda, hazırda beşdən çox uşağı olan 3033 nəfər qadının 18 yaşına çatmamış 8766 nəfər uşağına 30 manat məbləğində aylıq sosial müavinət ödənilir.

Cari ilin birinci rübündə ötən ilin müvafiq dövrünə nisbətən aylıq və birdəfəlik sosial müavinət və kompensasiyaların ödənilməsinə 2,2 milyon manat, yəni 4 %-dək çox vəsait yönəldilib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/202384

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR