İngiltərənin Avropa Birliyindən ayrılacağı tarix açıqlandı

"Daily Telegraph" İngiltərənin 10 gün içində Avropa Birliyindən çıxacağını yazıb.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, iqtidardakı Mühafizəkarlar Partiyasını dəstəkləyən qəzet bugünki sayında məlumat verib ki, ingilis səlahiyyətlilər artıq sadəcə ən önəmli Avropa Birliyi iclaslarına qatılacaqlar. Bu kimi açıqlamanı dünən İngiltərənin Brexit naziri Stiv Barkli də vermişdi.

Məlumata görə, ingilislər Brüsseldəki yüzlrlə rəsmi AB iclaslarından çəkiləcək. İngiltərənin "Brüssel boykotunun" Parlamentin yay tətilindən sonra - 1 sentyabrda başlayacağı bildirilib.

Mövcud şərtlərlə İngiltərə 31 oktyabrda AB-dən ayrılacaq. Boris Conson bu tarixdə AB-dən lazım gələrsə anlaşma olmadan ayrılacaqlarını demişdi. O, həmçinin bu gün Berlində Almanya prezindenti Angela Merkelle görüşəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR