Ən məşhur gözəl fahişə imiş? - FOTO

Ən məşhur gözəl fahişə imiş? - FOTO
15:57 12 May 2015
424 Maraqlı
Ölkə mətbuatı
A- A+

Tarixçilərlə yanaşı, incəsənət ekspertlərinin "bəşər tarixində ən gözəl qadın heykəli" adlandırdıqları "Venus de Milo", yəni "Miloslu Venera" abidəsi ilə bağlı sensasiyalı hipoteza irəli sürülüb.
 
Milli.Az bildirir ki, 1820-ci ildə Yunanıstanın Milos adasında tapılan və buna görə də adanın şərəfinə "Miloslu Venera" adlanan mərmər heykəlin iki qolu olmasa da, o, qadın gözəlliyinin idealı sayılır.
 
Mütəxəssislərin fikrincə, yunan mifologiyasında "Afrodita" adlanan Venera tanrısının heykəli olduğu deyilən bu abidə, əslində, Danaida və ya Artemida da ola bilərdi.
 
Tədqiqatçı alim Virciniya Postrel Slate jurnalında dərc etdirdiyi məqaləsində bildirib ki, Miloslu Venera heykəlinin əlində cəhrə varmış.
"Qədim Yunanıstanda əlində cəhrə tutmuş qadın rəsmləri geteralara, yəni fahişələrə həsr olunurdu. Amforaların üzərində də fahişələr əllərində cəhrə təsvir olunublar. Fahişələr cəhrədə ip əyirərək müştərini gözləyir, "vaxt öldürürdülər". Şübhə etmirəm ki, Miloslu Venera adlandırdığımız heykəl də əslində, fahişəyə həsr olunub", - Virciniya Postrel deyib.
 
Virciniya Postrel ehtimalını sübut etmək üçün 3D görüntülər sahəsində mütəxəssis olan Kosmo Venmana müraciət edib. K.Venman Veneranın əlində cəhrə tutduğu kompüter modelini yaradıb.
 
Hazırda Fransadakı Luvr Muzeyində saxlanan Miloslu Veneranın qollarının qırılmasının da səbəbi də açıqlanıb. Sən demə, qollar mərmər cürənin ağırlığına tab gətirməyiblər.
 
Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/339939.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR