Azərbaycan-Gürcüstan sərhəd məsələləri üzrə komissiyanın növbəti iclası sentyabrda Tbilisidə keçirilə bilər

Azərbaycan-Gürcüstan sərhəd məsələləri üzrə komissiyanın növbəti iclası sentyabrda Tbilisidə keçirilə bilər
17:52 21 Avqust 2019
56 Digər
Ölkə mətbuatı
A- A+

GürcüstanAzərbaycan birgə komissiyasının ekspertlər qrupu dövlət sərhədinin razılaşdırılmamış sahələri üzrə birgə işi davam etdirirlər.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, avqustun 20-də Vaxtanqisi kəndi və Keşikçi Dağı Məbəd-Kompleksi yaxınlığındakı sahələrə baxış keçirilib.
Ekspertlər komissiyanın həmin sahələr üzrə mövqelərini müzakirə ediblər. Gürcü ekspertlərdən ibarət qrup Azərbaycan tərəfinə sərhədin keçilməsi ilə bağlı öz mövqeyini izah edib. İşlərin nəticələri baxılması üçün komissiyanın həmsədrlərinə təqdim olunacaq.
Analoji işlər yaxın günlərdə razılaşdırılmamış digər sahələrlə bağlı da aparılacaq. Ekspertlərin işinin ilk mərhələsinin avqustun 23-nə qədər davam etdiriləcəyi planlaşdırılıb. İkinci mərhələnin isə qısa müddət ərzində həyata keçirilməsi nəzərdə tutulub.
Ekspertlərin görüşlərindən sonra sərhədin delimitasiya və demarkasiyası üzrə komissiyanın növbəti iclasının sentyabrda Tbilisidə keçirilməsi planlaşdırılıb. 


Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/azerbaycan-gurcustan-serhed-meseleleri-uzre-komissiyanin-novbeti-iclasi-sentyabrda-tbiliside-kecirile-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR