Tramp ABŞ-da doğulanlara vətəndaşlıq verilməsi hüququnu ləğv etmək istəyir

Tramp ABŞ-da doğulanlara vətəndaşlıq verilməsi hüququnu ləğv etmək istəyir
01:07 22 Avqust 2019
82 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatlar ərazisində doğulan ölkə vətəndaşı olmayan və qeyri-qanuni mühacirət edən şəxslərin övladlarına avtomatik olaraq vətəndaşlıq verilməsini ləğv etmək istəyir.
“Report” xəbər verir ki, bu barədə RİA “Novosti” ABŞ liderinin çıxışına istinadən məlumat verib.
“Biz buna ciddi yanaşırıq ”-deyə o bildirib.
Qeyd edək ki, cari ilin 15 oktyabr tarixindən başlayaraq, özlərini təmin edə bilməyən şəxslər ABŞ-da daimi yaşayış və iş hüququ əldə edə bilməyəcək.
Ağ Ev qeyd edib ki, yeniliklər Amerika vergi ödəyicilərini və həqiqətən dövlət köməyinə ehtiyacı olan vətəndaşları qoruyacaq.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/tramp-abs-da-dogulanlara-vetendasliq-verilmesi-huququnu-legv-etmek-is

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR