ABŞ İŞİD liderlərinə görə 5 milyon dollar mükafat söz verdi

ABŞ İŞİD liderlərinə görə 5 milyon dollar mükafat söz verdi
08:32 22 Avqust 2019
87 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Dövlət Departamenti İŞİD-in üç liderinin tutulmasına kömək edəcək məlumatlara görə 5 milyon dollara qədər mükafat təyin edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

"Dövlət Departamentinin Rewards for Justice (Ədalətə kömək üçün mükafat) proqramı, "İslam Dövləti"nin üç əsas liderinin: Əmir Məhəmməd Səid Abdel Rəhman əl-Maul, Sami Casem Muhammad əl-Caburi və Muataz Nauman Abd Naef Casem əl-Caburinin tapılmasına kömək edə biləcək məlumatlar üçün 5 milyon dollara qədər mükafat nəzərdə tutur",-deyə məlumatda bildirilir.

Rewards for Justice proqramı 1984-cü ildən reallaşdırılır. Hazırda ABŞ Dövlət Departamenti 25 milyon dollarlıq ən böyük məbləği İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin həbsinə və ya məhv edilməsinə kömək edəcək məlumat üçün ayırıb.

Vaşinqton, Pakistanda gizləndiyi ehtimal olunan Əl-Qaidə təşkilatının hazırkı lideri Ayman əl-Zavahirinin harada olduğu barədə məlumat verənlərə də eyni miqdarda mükafat söz verib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/779924.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR