Bakıda quş əti hissələrinin çeşidlənmə sexi aşkarlanıb

16:07 12 May 2015
44 Digər
Ölkə mətbuatı
A- A+

[ 12 May 2015 16:06 ]


Bakı. Fərid Mirzəyev – APA. Bu gün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Bakı şəhər Baytarlıq İdarəsi keçirdiyi reyd zamanı Sabunçu rayonu Ramana sovxozu ərazisində yerləşən Vüsal Vahid oğlu Abdullayevə məxsus həyətdə quş əti hissələrinin çeşidlənmə sexi aşkar edilib.

 

Xidmətdən APA-ya verilən məlumata görə, aparılan araşdırma zamanı obyektin qeyri-qanuni fəaliyyət göstərdiyi və quş ətinin çeşidlənərək emal olunduğu müəyyən olunub. Araşdırma zamanı sexin qeydiyyatı və emal edilən quş ətinin mənşəyinə dair heç bir sənəd təqdim edilməyib.

 

Reyd zamanı həyətdə olan soyuducuda təqribən 1 tona yaxın quş əti və 4 tona yaxın ətdən ayrılmış quş sümükləri (40-50 kisə) aşkar edilib. Qanunvericiliyə uyğun olaraq sexin fəaliyyəti dayandırılıb. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/383197

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR