Kəşmir münaqişəsi böyüyür - "Dialoq cəhdləri nəticəsiz qaldı, artıq..."

Pakistanın Baş naziri İmran Xan "New York Times"ə verdiyi açıqlamada Kəşmir məsələsi ilə bağlı danışıb.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, o, məsələ ilə bağlı Hindistanı sərt tənqid edib. İmran Xan Hindistanla müzakirə aparmağın bir mənası olmadığını, sülh və dialoq üçün atdığı bütün addımların güzəşt kimi başa düşüldüyünü deyib:

"Dialoq cəhdləri nəticəsiz qaldı, artıq edə biləcəyimiz bir şey yoxdur. Ən önəmli məsələ Kəşmirdəi 8 milyonun həyatıdır. Etnik təmizləmə və soyqrım olacağından narahatıq. Hindistan hərbi əməliyyatları genişləndirsə, buna qarşılıq verəcəyik. İki nüvə silahına sahib ölkəyə baxırsınız, hər şey yaşana bilər. Təzyiq yüksələ bilər və bu dünya üçün çox qorxuducu vəziyyət olar".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR