“Azəryolservis” Ziya Bünyadov prospektindəki yol ötürücüsünün bağlanmasının səbəblərinə aydınlıq gətirib

12:02 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 16 Yanvar 2015 11:56 ]

Bakı. Aynur Əliyeva - APA-Economics. Bakıda Ziya Bünyadov prospektinin Böyükşordan Qələbə dairəsinə doğru gedən yolun Atatürklə prospekti ilə kəsişməsindəki yol ötürücüsü bağlanıb.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev “APA-Economics”ə bildirib ki, ərazidə aparılan işlər Ziya Bünyadov prospektində aparılan yenidənqurma işləri ilə heç bir əlaqəsi yoxdur.

 

“Yol ötürücüsü 2006-cı ilin dekabrında istifadəyə verilib. Orada temperatur tikişləri dəyişdirilir. Həmin yol ötürücüsünün giriş və çıxışlarında iki temperatur tikişi yerləşir. Bu isə müəyyən amillərin təsirinə məruz qalır və orda istismar prosesində əyilmələr baş verir. Buna görə tikişlər yenisi ilə əvəz edilir. Çünki istismar prosesində təmirlərarası istismar müddəti var ki, yollarda olduğu kimi eynən yol ötürücülərində də temperatur tikişlərinin də bir neçə ildən sonra dəyişilməsinə və yenilənməsinə ehtiyac yaranır. Temperatur tikişində problem yarandığı üçün biz də onu dəyişdirmək qərarını verdik”, - deyə P. Mürsəliyev bildirib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369306

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR