Bakıda quş əti sexi tapıldı (FOTO)

Bakıda quş əti sexi tapıldı (FOTO)
16:21 12 May 2015
23 Ölkə
Ölkə mətbuatı
A- A+

Quş əti hissələrinin çeşidlənmə sexi aşkar edilib. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, sex Bakı şəhər Baytarlıq İdarəsi keçirdiyi reyd zamanı Sabunçu rayonu Ramana sovxozu ərazisində, Vüsal Vahid oğlu Abdullayevə məxsus həyətdə tapılıb.

Aparılan araşdırma zamanı obyektin qeyri-qanuni fəaliyyət göstərdiyi və quş ətinin çeşidlənərək emal olunduğu müəyyən edilib. Eləcə də araşdırma zamanı sexin qeydiyyatı və emal edilən quş ətinin mənşəyinə dair heç bir sənəd təqdim edilməyib.

Reyd zamanı həyətdə olan soyuducuda təqribən 1 tona yaxın quş əti və 4 tona yaxın ətdən ayrılmış quş sümükləri (40-50 kisə) aşkar edilmişdir. Qanunvericiliyə uyğun olaraq sexin fəaliyyəti dayandırılıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bu istiqamətdə reydlərini mütəmadi davam etdirməyi nəzərdə tutur.






Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=343879

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR