Mehin Hümbətova təhsil haqqını üzərinə götürdüyü Orxanla bağlı açıqlama verdi - FOTO

Tanınmış müğənni Mehin Hümbətova ADU-ya qəbul olmuş Orxan Bağırzadənin təhsil haqqını öz üzərinə götürüb.

Metbuat.az bildirir ki, gənc müğənni sosial şəbəkə hesabından paylaşdığı foto ilə tələbə adını yenicə qazanan Orxanı izləyicilərinə təqdim edib. Orxanla dostca paylaşdığı fotonun başlığında xoş sözlər yazan müğənni, gəc tələbəyə, uğurlar arzulayıb və Bağırzadənin istedad və savadını xüsusi qabardıb.

Sənətçinin "Facebook" hesabından paylaşdığı statusu tədim edirik:

"Tanış olun, bu Orxandır. O öz zəhmətilə oxuyub, heç bir repetitor yanına getmədən ADU-nun "Fransız dili-Rus dili tərcümə" fakultəsinə daxil olub. O artıq müstəqil həyata qədəmlərini qoyub. Qarşısında bəzi məqsədləri var. Çox ümid edirəm ki, məqsədlərinə çatacaq. Keçək digər məsələyə. Mənim Orxana yardım etməyim insanlarımızı sözün yaxşı mənasında təəccübləndirib. Bu etdiyimi qəhrəmanlıq edirmişəm kimi qələmə verməyiniz isə məni təəccübləndirdi )) Bu əslində imkan daxilində hamımızın etməli oluğu bir işdir. Mən millioner deyiləm ki. İmkan daxilində gücümün çatacağını görüb əl uzatdım Orxana. Dünəndən hamı ünvanıma dualar edir, xoş sözlər yazırlar. Minnətdaram! Amma məncə bu artıq "dəb" halını almalıdır. Məsələn qonşu türkiyədə bursla oxuyan tələbələr var. Yəni maddi imkanı yaxşı olan insanlar qanuni yollarla ehtiyacı olan tələbələrin təhsil haqqlarını ödəyirlər. Bizdə də belə bir sistem yaradılsa təhsilsiz uşaq qalmaz. Hər şeyin başında təhsil durur! Savadlı nəsil, uğurlu gələcək istəyiriksə gənclərə dəstək olmalıyıq. Məsələnin başqa bir tərəfi isə saytlar dünən işıqlandırmasaydılar bu məsələni mən heç yazıb, açıqlama vermək istəmirdim. İstəmirəm düşünülsün ki, yaxşılıq edib reklam qazanır (halbuki, reklam mənim nəyimə?!). Hər bir halda demək istədiyim odur ki, kaş elə bucür addımları təbliğ edib dəb halına çevirin, nəyinki, sürdüyünüz maşınlarla, geyindiyiniz marka geyimlərlə bəhsə bəhs edin."


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR