Merkel və Conson Rusiyanın G8-ə qayıtmasına qarşı çıxdı

Merkel və Conson Rusiyanın G8-ə qayıtmasına qarşı çıxdı
19:47 22 Avqust 2019
82 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniya kansleri Angela Merkel Rusiyanın G8-ə qaytarılmasına qarşı çıxıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, Merkel Moskvanın bu birlikdən səbəbsiz qovulmadığını deyib.

Onun sözlərinə görə, indiyə qədər Minsk razılaşmalarında inkişaf olsa da, bu, situasiyanın dəyişməsi üçün yetərli deyil.

Britaniya Baş naziri Boris Conson isə bildirib ki, Rusiya G8-ə qayıtmaq istəyirsə, Skripalların zəhərlənməsi kimi provokasiyalara bir daha yol verməyəcəyi ilə bağlı vəd verməlidir.

Qeyd edək ki, bundan öncə Tramp Moskvanın G8-ə qayıtmasının tərəfdarı olduğunu deyib. Üstəlik, Fransa Prezidenti Emmanuel Makron Rusiya Prezidenti Vladimir Putinlə görüşdən sonra Ağ Ev rəhbərinə Rusiyanı G7 görüşünə dəvət etməyi təklif edib.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/780002.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR