Qripdən necə qorunaq?

Qripdən necə qorunaq?
12:05 16 Yanvar 2015
168 Sosial
Ölkə mətbuatı
A- A+

Qış fəslində orqanizmin müqaviməti zəifləyir. Soyuq isə özü ilə bərabər müxtəlif xəstəliklər, o cümlədən də qrip gətirir.

Milli.Az El Tv-yə (Region Tv) istinadən xəbər verir ki, Yevlax Rayon Mərkəzi Xəstəxanasının həkimi Niyaz Hüseynov deyir ki, bəzən insanlar qripi yüngül xəstəlik kimi qəbul edirlər. Lakin  yüksək hərarətlə müşahidə olunan qrip  ağır fəsadlar verə bilər. Çünki qrip immun sistemini çox zəiflədir:

"İmmun sisteminin zəifləməsi fonunda digər bakteriyaların, mikrobların aktivləşməsi prosesi baş verir. Əsasən stafilokokk və stekokkların aktivləşməsi olur. Bu da daha çox ağciyər, bronx, qulaq və digər xəstəliklərin əmələ gəlməsinə səbəb olur".

Həkim deyir ki, xəstəlik zamanı vitaminli qidalara üstünlük vermək vacibdir. Xüsusən də tərkibində bol C vitamini olan və immun sistemini gücləndirən qidalardan istifadə etməklə orqanizmi qrip kimi xəstəliklərdən nisbətən qorumaq mümkündür. Bu mövsümdə həmçinin revmatik və oynaq-əzələ xəstəlikləri də özünü büruzə verir. Niyaz Hüseynov istənilən xəstəlik zamanı həkimlərin məsləhətlərinə əməl etməyi də tövsiyə edir.

Milli.Az


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR