Kaliforniyadan Havay adalarına uçan təyyarə qəza enişi edib, 7 nəfər xəstəxanaya yerləşdirilib

Kaliforniyadan Havay adalarına uçan təyyarə qəza enişi edib, 7 nəfər xəstəxanaya yerləşdirilib
10:47 23 Avqust 2019
65 Digər
Ölkə mətbuatı
A- A+

"Hawaiian Airlines" aviaşirkətinə məxsus təyyarə Havay adalarının Honolulu şəhərinə təcili eniş etmək məcburiyyətində qalıb.
Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.
Qeyd edilir ki, qəza enişinə leynerin salonunda, eləcə də yük yerində tüstülənmənin olması səbəb olub.
Təyyarənin Kaliforniyadan Havay adalarına uçduğu və təyinat nöqtəsinə çatmağa 20 dəqiqə qalmış salonda tüstü meydana gəldiyi bildirilir.
Məlumata görə, təcili enişdən sonra 184 sərnişin qəza trapı ilə təxliyyə edilib, tüstüdən zəhərlənən 7 nəfər xəstəxanaya yerləşdirilib.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/kaliforniyadan-havay-adalarina-ucan-teyyare-qeza-enisi-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR