Azərbaycanda ​nağd valyuta satışı kəskin azalıb

16:47 12 May 2015
Ölkə mətbuatı
A- A+

"Report"un Mərkəzi Bankın hesabatına istinadən verdiyi xəbərə görə, yanvarla müqayisədə 92,5% artaraq fevralda 384,828 mln. dollar təşkil edən nağd dollar alışı martda 2,5 dəfə azalaraq 153,504 mln. dollar olub. 
Həmçinin, nağd dollar satışı (əhalinin alışı) fevralda 2,58 dəfə artaraq 2 885,467 mln. dollara yüksəlib, martda isə yenidən azalaraq 1 066,514 mln. dollara düşüb.
Məlumata əsasən, nağd avro ilə mübadilədə də azalma qeydə alınıb. Belə ki, martda avro alışı əvvəlki ayla müqayisədə 24,05% azalaraq 32,462 mln. dollar, satışı isə 147,05 mln. dollardan 76,582 mln. dollara düşüb.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/nagd-dollar-satisi-keskin-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR