Fransa Azərbaycana yeni səfir təyin edib

Fransanın xarici işlər üzrə baş müşaviri Zaxari Qross Azərbaycanda fövqəladə və səlahiyyətli səfir təyin olunub.

Metbuat.az Reporta istinadla xəbər verir ki, o, bu vəzifədə Oreliya Buşeni əvəz edəcək.

Qeyd edək ki, Z.Qross bu təyinatadək Fransa Müdafiə Nazirliyinin Strateji, Təhlükəsizlik və Silahsızlaşdırma İdarəsinin Silahsızlaşdırma və nüvə silahlarının məhdudlaşdırılması məsələləri üzrə müdir müavini işləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR