Arif Hacılı: “Əli Kərimli ilə mənim təşəbbüsümlə iki saata yaxın müzakirə apardıq”

Arif Hacılı: “Əli Kərimli ilə mənim təşəbbüsümlə iki saata yaxın müzakirə apardıq”
12:07 16 Yanvar 2015
85 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 16 Yanvar 2015 12:01 ]

Bakı. Etibar Məmmədov – APA. “Əli Kərimli ilə görüşdə öz fikirlərimi və Müsavat Partiyasının mövqeyini onun diqqətinə çatdırdım”.

Bu sözləri APA-ya açıqlamasında Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

 

A. Hacılı AXCP sədri Əli Kərimli görüşdüyünü və görüşdə iki partiya arasında əməkdaşlıq perspektivlərinin müzakirə olunduğunu bildirib: “Görüş mənim təşəbbüsümlə baş tutdu, təqribən iki saata yaxın müzakirə apardıq. Mən fikirlərimi və Müsavat Partiyasının mövqeyini AXCP sədrinin diqqətinə çatdırdım. Yəqin ki, bu məsələlər AXCP rəhbərliyində müzakirə olunduqdan sonra fikir bildirmək olar”.

 

A. Hacılı Müsavatın Milli Şuradan çıxmasından sonra AXCP funksionerlərinin partiyanı hakimiyyətlə əməkdaşlıqda ittiham etməsinə də münasibət bildirib: “Hesab edirəm ki, Müsavat Partiyasını hakimiyyətlə əməkdaşlıqda ittiham etmək siyasi rəqabət kontekstində səslənən əsassız fikirlərdir. Həm siyasi qüvvələr, həm də Azərbaycan cəmiyyəti bilir ki, Müsavat Partiyası heç vaxt hakimiyyətlə hansısa məsələlərlə bağlı sövdələşməyə getməyib”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR