x
Loading...

“Microsoft Azerbaijan” yeni layihəyə başlayır

“Microsoft Azerbaijan” yeni layihəyə başlayır
15:58 12 May 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 12 may, AZƏRTAC
“Microsoft Azerbaijan” şirkəti mayın 15-də Yüksək Texnologiyalar Parkında “Peşəkar inkişaf və sertifikatlaşma” layihəsinin təqdimatını edəcək.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində kompyuter elmləri və mühəndisliyi fakültələrinin tələbələri üçün sertifikatlaşma imkanı yaradılacaq. Bu peşəkar sertifikatlaşma karyera inkişafının təməlini qoyacaq. Layihəyə qoşulan tələbələr “Microsoft”dan ödənişsiz tədris və “Microsoft Technology Associate” imtahanına vauçer əldə edəcəklər.
Qeyd edək ki, “Microsoft” Azərbaycanın təhsil sahəsində həyata keçirilən layihələrdə güzəştli şərtlərlə iştirak edir. Şirkət dövlət müəssisələrinin lisenziyalı proqram təminatı ilə təmin edilməsi istiqamətində işlər aparır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Microsoft_Azerbaijan_yeni_layiheye_baslayir-854297

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR