Messinin transferi üçün fantastik məbləğ

Messinin transferi üçün fantastik məbləğ
12:08 16 Yanvar 2015
129 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 16 yanvar /Trend/

"Barselona"nın futbolçusu Lionel Messi haqda sensasiyalı iddia yayılıb.

Trend-in məlumatına görə, İngiltərənin "The Sun" qəzeti "Mançester Siti"nin argentinalı hücumçunun transferi üçün 480 milyon funt-sterlinq (təqribən 728 milyon dollar) ödəməyə hazır olduğunu yazıb.

"Mançester Siti"nin ərəb sponsporlarının dəstəyi ilə Messinin heyətinə cəlb etməsinin mümkünlüyü ifadə edilib. İngiltərə klubunun 27 yaşlı oyunçunu Argentina millisindəki komanda yoldaşı Serxio Aquero vasitəsi ilə bu transferə razı salmağa çalışacağı bildirilib.

Qeyd edək ki, "Mançester Siti"nin baş məşqçisi Manuel Pelleqrini son açıqlamasında Messini ala biləcək imkanda olduqlarını söyləyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR